İsrail rəsmiləri oktyabr hücumundan bir ildən çox əvvəl HƏMAS hərəkatının planlarına dair sənədlər alıb, lakin onları çox iddialı hesab edərək ciddi qəbul etməyiblər.
Yenisabah.az xəbər verir ki, bu barədə “The New York Times” İsrail rəsmilərinin sənədlərinə və elektron məktublarına istinadən məlumat yayıb.
HƏMAS-ın planlarına dair 40 səhifəlik sənəddə əməliyyatın dəqiq tarixi göstərilməyib, lakin İsrailin bütün istehkamları, silahlı qüvvələrin yeri və gücü təsvir edilib. İsrailli analitiklər belə bir əməliyyatın miqyasının HƏMAS-ın imkanlarından kənar olduğunu hesab edərək planı iddialı adlandırıblar. pizza hut
Fələstin hərəkatı bu planı “heyrətləndirici dəqiqliklə” həyata keçirib. Rəsmilər etiraf ediblər ki, əgər onlar sənədi ciddi qəbul etsəydilər, İsrail oktyabrın 7-də HƏMAS yaraqlılarının sızmasına hazırlaşa və ya ondan yayına bilərdi.
Telegram kanalımız