İsrail 2021-ci ildə 11,3 milyard dollar dəyərində silah satıb.
Yenisabah.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bu, 2020-ci ilin eyni göstəricisindən 3 milyard dollar çoxdur. Sezar pizza
Nazirlik 2021-ci ildə İsrailin hərbi ixracatının əsas hissəsini raketlər, hava hücumundan müdafiə sistemləri (20%), təlim xidmətləri (15%), PUA (9%), radarlar və elektron müharibə avadanlığı (9%) və s. təşkil etdiyini bildirib.
Mətbuat xidməti əlavə edib ki, 2021-ci ildə İsrailin müdafiə ixracının 34 faizi Asiya-Sakit okean regionu, 41 faizi Avropa, 12 faizi Şimali Amerika, 3 faizi Afrikaya, 3 faizi Latın Amerikası ölkələrinə göndərilib.
Bundan əlavə, ötən il İsrail silah axınının 7%-i "İbrahim sazişi"ni imzalayan ərəb ölkələrinin payına düşüb.
Telegram kanalımız