HAMAS-ın saxladığı israilli girovlarla bağlı Qahirədəki danışıqlarda müəyyən irəliləyiş var.
Yenisabah.az "Times of Israel"ə istinadla xəbər verir ki, bu barədə İsrail rəsmisi bildirib.
O, danışıqların yaxın günlərdə nəzərəçarpacaq dərəcədə intensivləşəcəyinin gözlənildiyini qeyd edib. Marqarita pizza
Rəsmi deyib ki, danışıqların davam etdirilməsi çox güman ki, İsrail ordusunun Rəfahdakı əməliyyatı ilə bağlı verilən qərarlara təsir edəcək: "İki mövzu bir-birinə bağlıdır. Girovlar birinci prioritetdir".
Danışıqlar İsrailin Qətərin vasitəçi kimi effektivliyindən və HAMAS-a təzyiq etmək istəyindən narazılığının artması fonunda Qahirədə keçirilir.
Telegram kanalımız