İstanbulda 70 kilo qızılla tutulan polkovnik-leytenant barəsində   QƏRAR

saytların hazırlanması

Evə çatdırılma

İstanbulda 70 kilo qızılla tutulan polkovnik-leytenant barəsində QƏRAR

Kriminal

25 Noyabr 2024 20:24 4337


İstanbulda 70 kilo qızılla saxlanılan azərbaycanlı hərbi attaşe Qəhrəman Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakıya gətirilən polkovnik-leytenant istintaqa cəlb edilib.

İlkin araşdırma sonrası ona qarşı Cinayət Məcəlləsinin 12.1 206.3.3, 12.1 341.1 və digər maddələrlə ittiham verilib. Dominos pizza

Toplanmış məlumatlar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə Q.Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Q.Məmmədov əvvəllər Müdafiə Nazirliyinə tabe olan müxtəlif vəzifələrdə işləyib. O, son olaraq Azərbaycanın Səudiyyə Ərəbistanıdakı səfirliyində hərbi attaşe kimi fəaliyyət göstərib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!