İstanbulda Qarabağla bağlı gizli görüş olub - ABŞ nəşrinin iddiası

saytların hazırlanması

Evə çatdırılma

İstanbulda Qarabağla bağlı gizli görüş olub - ABŞ nəşrinin iddiası

Siyasət

04 Oktyabr 2023 10:03 745


ABŞ, Aİ və Rusiyanın yüksək səviyyəli rəsmiləri Azərbaycanın Qarabağda antiterror tədbirlərinə başlamasından bir neçə gün əvvəl Dağlıq Qarabağdakı vəziyyətlə bağlı Türkiyədə gizli danışıqlar aparıblar.

Yenisabah.az Politico-ya isinadla xəbər verir ki, görüş Ukraynada müharibə başlayandan bəri Moskva ilə Qərb arasında mühüm təhlükəsizlik problemi ilə bağlı nadir bir təmas olub və uğursuzluqla nəticələnib.

Müzakirələrlə tanış olan yüksək səviyyəli diplomat bildirib ki, təmaslar sentyabrın 17-də İstanbulda Ermənistandan gələn humanitar yardım karvanlarının Qarabağa keçməsinə icazə verilməsi üçün Azərbaycana təzyiq cəhdləri çərçivəsində baş tutub.  pizza hut

ABŞ-ı Dövlət Departamentinin Qafqaz üzrə müşaviri Lui Bono təmsil edib, Aİ isə İstanbula xüsusi elçisi Toivo Klaarı göndərib. Rusiyadan İstanbula xüsusi nümayəndə olan İqor Xovayevi gedib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!