İstanbulda silahlı hücum: Ölən və yaralananlar var 

saytların hazırlanması

Evə çatdırılma

İstanbulda silahlı hücum: Ölən və yaralananlar var 

Dünya

13 Aprel 2024 22:31 719


Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunda 3 naməlum silahlıların atəş açması nəticəsində 1 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. 

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Qeyd edilir ki, hücum zamanı 2-si ağır olmaqla 5 nəfər yaralanıb. pizza

Əraziyə polis əməkdaşları və təcili yardım cəlb olunub.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb, onlardan biri həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.

Qeyd edilir ki, cinayətkarlar təxminən 20-22 yaşlı gənclərdir, onlar hadisə yerindən qaçıblar.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!