İsveç Türkiyəyə şərtini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

İsveç Türkiyəyə şərtini açıqladı

Dünya

13 İyun 2022 17:42 1054


"Türkiyə NATO-ya daxil olma etirazını geri götürərsə, İsveç Türkiyəyə qarşı silah embarqosunu ləğv edə bilər".

Yenisabah.az “Ahval”a istinadla xəbər verir ki, bunu İsveç xarici işlər naziri Ann Linde bildirib.

O deyib: "İsveç dünyada ən sərt silah ixracı qaydalarına malik ölkədir, lakin NATO-ya üzv olarsa, xarici siyasət, təhlükəsizlik və müdafiə siyasəti ilə bağlı bəzi şeylər dəyişə bilər". Toyuqlu pizza

Türkiyə İsveç və Finlandiyanı NATO-ya daxil olmaq üçün şərt kimi bu ölkəyə qarşı silah embarqosunu ləğv etməyə və Suriyada terrorçulara dəstəyi dayandırmağa çağırıb.

Linde bildirib ki, İsveç Türkiyənin terror təşkilatı hesab etdiyi qruplara silah göndərmir.

O, İsveçin alyansa üzv olacağı təqdirdə Türkiyənin, o cümlədən NATO-nun ümumi təhlükəsizliyinə töhfə verəcəyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!