İsveç və Finlandiyada nüvə silahı yerləşdiriləcəkmi?

saytların hazırlanması

Evə çatdırılma

İsveç və Finlandiyada nüvə silahı yerləşdiriləcəkmi?

Dünya

07 İyun 2022 16:10 887


"Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Rusiyaya zəmanət vermir ki, Finlandiya və İsveç NATO-ya daxil olarsa, nüvə silahına malik olmayacaqlar".

Yenisabah.az xəbər verir ki, bunu iyunun 7-də İsveçrənin "ETS" telekanalına müsahibəsində Alyansın baş katibinin köməkçisi Kamiy Qran bildirib.

O, gələcəkdə Finlandiya və İsveçdə nüvə silahının yerləşdirilməsinin mümkünlüyünü nəzərə alaraq deyib: pizza hut

“Hər bir ölkənin nüvə sahəsində silahı qəbul edib-etməmək azadlığı var. Söhbət məhdudiyyətlərin tətbiqindən getmir”.

Qranın sözlərinə görə, nüvə silahı məsələsi NATO-ya üzv olan hər bir dövlət tərəfindən suverenliklə həll edilir.

“NATO Finlandiya və İsveçin alyansa qoşulmasına cavab olaraq Rusiyadan “hərbi reaksiya” və ya “güc nümayişi” gözləyirmi” sualına isə Qran belə cavab verib: “Rusların özləri bunun lazım olmadığını deyiblər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!