"İsveç olmadan Finlandiya NATO-ya üzv olmayacaq".
Yenisabah.az xəbər verir ki, bunu Finlandiya prezidenti Sauli Niinistö bildirib.
O, Helsinkidə NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib: pizza sifarişi
“Mən sonuncu dəfə İsveçə səfər edəndə bunu çox açıq şəkildə söylədim".
Prezident izah edib: “İsveçdə deyirlər ki, Finlandiya məsələsi işimizdir və eyni şəkildə İsveç məsələsi də bizim işimizdir, bu da o deməkdir ki, biz əl-ələ verib irəliləyirik”.
O qeyd edib ki, Türkiyənin Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsi onun üçün sürpriz olub.
"Türkiyənin mövqeyi məni təəccübləndirdi, lakin biz onun narahatlığını ifadə etdiyi mövzuları ciddi qəbul etməliyik" deyən Finlandiya lideri "hər kəsə uyğun bir həll tapmağın mümkün olacağına" ümid etdiyini bildirib.
Stoltenberq də öz növbəsində Türkiyənin tələblərindən danışaraq deyib: “Bunlar haqlı narahatlıqlardır, biz terrordan danışırıq, silah ixracından danışırıq. Xatırlamaq və anlamaq lazımdır ki, heç bir NATO müttəfiqi Türkiyədən daha çox terror hücumuna məruz qalmayıb”.
Telegram kanalımız