Qobuda itin qapdığı 9 yaşlı oğlanın vəziyyəti ağırdır.
Yenisabah.az "Report"a istinadla xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinə müdiri Elnur Hidayətoğlu məlumat yayıb.
O bildirib ki, martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub: "Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Zərərçəkən Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub". Pepperoni pizza
Uşaqda çoxsaylı yaralar müşahidə edilib: "Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir".
Telegram kanalımız