İtkin düşən 48 yaşlı şəxs yumruq və təpiklə döyülərək öldürülüb - TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

İtkin düşən 48 yaşlı şəxs yumruq və təpiklə döyülərək öldürülüb - TƏFƏRRÜAT

Kriminal

13 Fevral 2024 20:13 1162


Sumqayıtda 48 yaşlı şəxsin qətli ilə bağlı cinayət işi başlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Sumqayıt şəhər prokurorluğunun məlumatında deyilir.

Məlumata görə, Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Rüfət Abdullayevin üzərində xəsarət izləri olan meyiti Bakı-Quba magistral yolunun kənarında aşkarlanıb. Toyuqlu pizza

Aparılan araşdırma zamanı Rüfət Abdullayevin aralarında yaranmış mübahisə zamanı 1993-cü il təvəllüdlü Habil Qonşəliyev tərəfindən yumruq və təpiklə yetirilmiş xəsarətlər nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanıb, Habil Qonşəliyev iş üzrə prokurorluğun qərarı ilə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!