“Azərbaycanın regiona sülh gətirməsinə MDB ölkələri də dəyər verir. Qarabağdakı antiterror tədbirlərindən sonra Cənubi Qafqazda, demək olar ki, son 40-50 ildə görünməyən sabitlik müşahidə edilməkdədir. Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib. Beynəlxalq ekspertlər də Azərbaycanın buna əməl etdiyini vurğulayıblar”.
Bu fikirləri Bakupost.az -a millət vəkili Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, Ermənistan ordusu isə dəfələrlə döyüş meydanından uzaq olan, hərbi obyektlərin olmadığı və mülki vətəndaşların məskunlaşdığı Azərbaycan torpaqlarını hədəf alaraq raket və mərmilər vasitəsilə kütləvi itkilərə səbəb olan hadisələr törətdi. Ermənistanın düşünülmədən həyata keçirdiyi terror aktları ermənilərin nə dərəcədə anti-humanist hərbi siyasət həyata keçirdiyini bütün dünyaya tanıtdı: Dördpendirli pizza
“Erməni havadarları Azərbaycana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl ataraq hər şeydə bizi ittiham edirlər. Fransa 2020-ci ildən başlayaraq bu günə qədər qeyri-konstruktiv və təxribatçı rol oynayır. Ancaq Azərbaycanın ünvanına səslənən ittihamlar əsassız, təhdidlər mənasızdır. Azərbaycan öz torpaqlarında döyüşüb, beynəlxalq hüququ pozmayıb”.
Telegram kanalımız