Jirinovski İlham Əliyevi müdrik rəhbər adlandırdı

saytların hazırlanması

Evə çatdırılma

Jirinovski İlham Əliyevi müdrik rəhbər adlandırdı

Siyasət

01 Avqust 2021 20:33 3747


Rusiya Dövlət Dumasının vitse-spikeri, LDPR sədri Vladimir Jirinovski Azərbaycan prezidenti İlham Əliyevi müdrik lider hesab etdiyini deyir. Jirinovski bu açıqlama ilə rəsmi Bakının onun daha əvvəlki yersiz və qeyri-etik çıxışına cavab olaraq Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkilinə təqdim etdiyi etiraz notasına münasibət bildirərkən çıxış edib.

Yenisabah.az xəbər verir ki, Qalmaqallı siyasətçi deyir ki, onun öz fikrini ifadə etmək haqqı var. Və o, Azərbaycan prezidenti İlham Əliyevi yüksək qiymətləndirir və müdrik rəhbər hesab edir.

“Mən İlham Əliyevi də, onun atasını da tərifləmişəm”,-o deyib. Jirinovski onun çıxışına görə nota verilməsini anlamadığını deyib və özünəxas populist manerada deyib: “Bakıya toxunmayacam, etiraz notası olar. Ermənistana toxunmayacam. Ümumiyyətlə, hamı susub onları tərifləməlidir?”. Dominos pizza

Virtualaz.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!