Jurnalist “Milli Mətbuat Günü” vəfat etdi 

saytların hazırlanması

Evə çatdırılma

Jurnalist “Milli Mətbuat Günü” vəfat etdi 

Sosial

22 İyul 2024 13:50 440


Azərbaycanlı jurnalist Fərqanə Quliyeva vəfat edib. 

Yenisabah.az xəbər verir ki, o 44 yaşında, bu gün "Milli Mətbuat Günü"ndə dünyasını dəyişib. Fərqanə Quliyeva cərrahi əməliyyatdan sonra vəfat edib. Bu barədə jurnalistin sonuncu dəfə çalışdığı Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) məlumat yayıb. 

Qeyd edək ki, Fərqanə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun beynəlxalq münasibətlər fakültəsini bitirib. Azərbaycan, türk, rus və ingilis dillərini mükəmməl bilirdi. Müxtəlif şirkətlərdə tərcüməçi işləyib.  Sezar pizza

O “Report” İnformasiya Agentliyində də çalışıb. Fərqanə Quliyeva AZƏRTAC-ın rus dilində informasiya baş redaksiyasının tərcüməçisi idi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!