Kadırovdan təklif: “Prezident seçkilərini ləğv edək”

saytların hazırlanması

Evə çatdırılma

Kadırovdan təklif: “Prezident seçkilərini ləğv edək”

Siyasət

07 Oktyabr 2023 22:48 718


Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyada 2024-cü ildə keçirilməsi nəzərdə tutulan prezident seçkilərinin Ukraynadakı müharibədən dolayı ləğv edilməsini təklif edib.

Yenisabah.az xəbər verir ki, bu sözləri Kadırov Kreml rəhbəri Vladimir Putinin ad günü münasibətilə Qroznıda təşkil edilən aksiyada çıxışı zamanı deyib.

“Prezidentə sağlamlıq və uzun ömür arzu edirəm. Elə indi təklif edirəm ki, xüsusi hərbi əməliyyatın (Ukraynada müharibə – red.) getdiyi zamanda seçkilərdə vahid namizədimizin Vladimir Putin olması ilə bağlı yekdilliklə qərar qəbul edək. Yaxud, seçkiləri müvəqqəti olaraq ləğv edək. Çünki bu gün ölkəmizi qoruya biləcək başqa bir şəxs yoxdur”, – deyə o bildirib.//Axar.az Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!