Kafedə xuliqanlıq edən keçmiş məhkum narkotiklə tutuldu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Kafedə xuliqanlıq edən keçmiş məhkum narkotiklə tutuldu - Foto

Kriminal

14 Dekabr 2024 17:09 609


Şirvanda yerləşən kafelərin birində şəhər sakininə qarşı xuliqanlıq etməkdə təqsirləndirilən şəxs həbs olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş Rüfət Əmirov saxlanılıb. Həmin şəxsin üzərinə və idarə etdiyi nəqliyyat vasitəsinə keçirilən baxış zamanı müxtəlif növ narkotik vasitələr və narkotik tərkibli həblər, eləcə də bir ədəd bıçaq aşkarlanaraq götürülüb. pizza

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!