“Kalaşnikov” satmaq istəyərkən tutuldu - FOTO 

saytların hazırlanması

Evə çatdırılma

“Kalaşnikov” satmaq istəyərkən tutuldu - FOTO 

Kriminal

08 Mart 2024 15:04 1116


Bərdədə silah tapıb satış məqsədi ilə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb. 

Yenisabah.az xəbər verir ki, Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah əldə edərək satış məqsədi ilə saxlamaqda şübhəli bilinən rayonun Hacallı kənd sakini Abbaszadə Tural Ənvər oğlu tutulub. Onun yaşadığı ünvana baxış keçrilən zaman evlərinin yanından keçən su kanalında gizlətdiyi 1 ədəd "Kalaşnikov" avtomatı aşkar edilərək götürülüb. 

Faktla bağlı Bərdə Rayon Polis şöbəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.  Dominos pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!