Kanada rus diplomatlarını ölkədən çıxarmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Kanada rus diplomatlarını ölkədən çıxarmayacaq

Dünya

07 Aprel 2022 13:45 418


Kanada hakimiyyəti rus diplomatlarını ölkədən çıxarmaq fikrində deyil, çünki bu, onun maraqlarına ziddir.

Yenisabah.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Castin Trüdo deyib.

O, həmçinin Rusiyada yaşayan kanadalılara dəstək olacağına və Moskva ilə əlaqə saxlayacağına söz verib. Dominos pizza

“Biz çox diqqətli olmalıyıq. Digər ölkələrin və müttəfiqlərimizin etdiyi kimi Rusiya diplomatlarını Kanadadan göndərsək, bu, Moskvadakı diplomatlarımızın itkisinə səbəb olacaq”, - deyə Trüdo bildirib.

Qeyd edək ki, Rusiya diplomatları bundan əvvəl Avstriya, Fransa, Almaniya, İsveç, İtaliya və digər Avropa ölkələrindən qovulib. Öz növbəsində Kremlin sözçüsü Dmitri Peskov etiraf edib ki, Moskvanın Qərb ölkələri ilə diplomatik münasibətləri kəsilə bilər.

 Cavad Salmanli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!