Karapetyan yenə Moskvaya getdi

saytların hazırlanması

Evə çatdırılma

Karapetyan yenə Moskvaya getdi

Siyasət

22 Avqust 2021 10:10 7003


Ermənistan nümayəndə heyəti "Ordu-2021" hərbi sənaye sərgisinin açılış mərasimlərində və Beynəlxalq Ordu Oyunlarında iştirak edəcək.

Ermənistanın müdafiə naziri Arşak Karapetyanın başçılıq etdiyi nümayəndə heyəti avqustun 22 -də Rusiyaya işgüzar səfər edib.

Modern.az xəbər verir ki, bu barədə bazar günü Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Dördpendirli pizza

Qeyd olunur ki, Ermənistan nümayəndə heyəti "Ordu-2021" hərbi sənaye sərgisinin açılış mərasimlərində və Beynəlxalq Ordu Oyunlarında iştirak edəcək.

Beynəlxalq Ordu Oyunlarının təşkilatçısı Rusiya Federasiyasının Müdafiə Nazirliyidir.

2021-ci ildə Beynəlxalq Ordu Oyunları 22 avqust - 4 sentyabr tarixlərində Ermənistan da daxil olmaqla 11 dövlətin ərazisində keçiriləcək. 40 -dan çox ölkədən 5 mindən çox hərbçi sahə, hava və dəniz hazırlığı üzrə 34 yarışda mübarizə aparacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!