Karapetyanın Moskvaya səfəri regionda gərginliyi artırıb

saytların hazırlanması

Evə çatdırılma

Karapetyanın Moskvaya səfəri regionda gərginliyi artırıb

Siyasət

12 Avqust 2021 12:58 5598


Avqustun 11-də axşam və 12-nə keçən gecə Ermənistan-Azərbaycan sərhədində üç istiqamətdə atışma davam edib.

Azərbaycan Müdafiə Nazirliyi Gədəbəy rayonunun Zamanlı və Qaravəllər kəndləri və Kəlbəcərin Zeylik kəndi istiqamətində mövqelərin atəşə tutulması barədə məlumat yayıb.

Öz növbəsində, erməni tərəfi Yerasx rayonunda mövqelərinin atəşə tutulması barədə məlumat verib. pizza

Hər iki tərəfdən itki yoxdur.

Bütün bunlar Ermənistanın müdafiə naziri Karapetyanın son günlər Moskvaya ikinci səfəri və Azərbaycana hərbi cavab verməyə hazır olduqları barədə gurultulu bəyanatları fonunda baş verir.

Karapetyanın müharibə bəyanatlarını dolayısı ilə Rusiya müdafiə Şoyqu da dəstəkləyib və Ermənistan ordusunun modernləşdirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.

Bundan dərhal sonra Ermənistan XİN-nin “Artsax ordusunun təhlükəsizlik faktoru olduğu və sülhməramlılarla birgə Artsax xalqının təhlükəsizliyini və yaşamaq hüququnu təmin etdiyi” barədə bəyanatı gəldi.

9 noyabr bəyanatına əsasən, erminə hərbi birləşmələri yalnız Dağlıq Qarabağ ətrafındakı ərazilərdən çıxmalıdır və erməni tərəfi bəyanatın bu bəndini tam yerinə yetirib.

Bununla rəsmi Yerevan Azərbaycan Müdafiə Nazirliyinin Rusiya sülhməramlılarının Ermənistan Silahlı Qüvvələrinin Qarabağa buraxmasına dair dünənki bəyanatına cavab verib.

Eyni zamanda Rusiya sərhəçilərinin 90-cı illərdə ermənilərin Qazax və Tavuşla sərhəddə işğal etdiyi iki anklavında yerləşdirilməsi barədə məlumat ortaya çıxıb.

Bu proseslərin aktivləşməsi həm gərginliyinin nəzarətsiz artmasından, həmçinin Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası prosesinin başlanması ilə başa çatmalı olan hazırlanmış ssenaridən xəbər verə bilər.

Buna alternativ olaraq Qarabağada situasiyanın yenidən gərginləşməsi ola bilər, bu da qaçılmaz olaraq ermənilərin yeni ərazi itkiləri ilə başa çatacaq. /Turan.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!