Keçid balları ilə bağlı DİM-dən vacib açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Keçid balları ilə bağlı DİM-dən vacib açıqlama

Sosial

31 İyul 2024 10:26 541


Avqustun 9-dan ali təhsil müəssisələrinə ixtisas seçimi başlayacaq. 

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, proses avqustun 19-na kimi davam edəcək: "Sonrakı mərhələdə kolleclərə ixtisas seçimi elan olunacaq". Marqarita pizza

V.Misirov qeyd edib ki, gələn həftə "Abituriyent 4" jurnalı çap olunacaq: "Həmin jurnalda plan yerləri olacaq. Həmçinin gələn həftə məlumat kitabçası da çap olunacaq, orada abituriyentlərin nəticələri və bal intervalı üzrə paylanma yer alacaq".

DİM rəsmisi əlavə edib ki, builki keçid ballarında dəyişiklik gözlənilir: "Lakin hansı qruplar üzrə dəyişiklik olacağı ixtisas seçimindən sonra dəqiq bilinəcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!