Kəmaləddin Heydərov əmr imzaladı: Nazirlik gücləndirilmiş rejimə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Kəmaləddin Heydərov əmr imzaladı: Nazirlik gücləndirilmiş rejimə keçdi

Siyasət

11 İyun 2021 18:20 1139


Fövqəladə Hallar Nazirliyi AVRO-2020-nin bir neçə oyununun Bakı şəhərində keçirilməsi ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib. 

Yenisabah.az xəbər verir ki, Nazirlik bu barədə məlumat yayıb.

Bildirilib ki, nazir general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən Nazirlikdə Qərargah yaradılıb. Sezar pizza

Həmçinin, oyunlarla bağlı bir sıra yerlərdə, o cümlədən Bakı Olimpiya Stadionu, Dalğa Arena, Bakcell Arena, Tofiq Bəhramov adına Respublika Stadionu və qonaqların qalacağı hotellərdə aidiyyəti təhlükəsizlik tədbirlərinə nəzarət edilməsi məqsədilə Nazirliyin əlaqədar qurumlarına müvafiq tapşırıqlar verilib, təhlükəsizlik müayinələri keçirilib, maarifləndirmə işləri aparılıb.

Bundan əlavə, baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılmasının təmin edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!