Kəmaləddin Heydərov məqalə yazdı: Xankəndi yanğınında...

saytların hazırlanması

Evə çatdırılma

Kəmaləddin Heydərov məqalə yazdı: Xankəndi yanğınında...

Siyasət

12 Oktyabr 2023 10:02 367


“Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğının söndürülməsi və aparılan axtarış işləri zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri əsl peşəkarlıq göstəriblər”.

Bunu fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov “Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

Nazir qeyd edib ki, FHN yarandığı vaxtdan ötən dövr ərzində baş vermiş çoxsaylı fövqəladə hallar zamanı uğurlu mübarizə təcrübəsi nümayiş etdirib: Toyuqlu pizza

“Bunlardan xüsusilə Mingəçevir Su Elektrik Stansiyasının ərazisində baş vermiş torpaq sürüşməsi zamanı stansiya üçün yaranmış təhlükənin qısa müddətdə qarşısının alınması, Bakı şəhərindəki Naxçıvani və Murtuza Muxtarov küçələrinin kəsişməsində tikilən 16 mərtəbəli yaşayış binasının uçması nəticəsində əmələ gəlmiş dağıntılar altından insanların xilas edilməsi, Neft Emalı Zavodunda yanğının söndürülməsi, Xəzər dənizində yerləşən “Bulla-dəniz” yatağında baş vermiş qəzanın, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın, “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması, Azərbaycan İstilik-Elektrik Stansiyasının açıq paylayıcı qurğular stansiyasının transformatorunda və 6-cı enerji blokunda yanğınla nəticələnən partlayış zamanı meydana çıxmış təhlükənin operativ şəkildə aradan qaldırılması, iri ticarət mərkəzlərində, “Sobsan” boya fabrikində, Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğınların söndürülməsi, Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğının söndürülməsi və aparılan axtarış işləri, çox sayda digər belə əməliyyat zamanı Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin göstərdiyi əsl peşəkarlığı qeyd etmək istərdim”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!