Kənani: Tehranda səfirliyin açılmasına dair ümumi rəy var

saytların hazırlanması

Evə çatdırılma

Kənani: Tehranda səfirliyin açılmasına dair ümumi rəy var

Siyasət

09 Oktyabr 2023 12:29 338


Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpası ilə bağlı yekdil fikir var.

Yenisabah.az Fars News-a istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovun Tehrana səfəri iki ölkə rəsmiləri arasında aparılan danışıqların davamı olaraq baş tutub. pizza hut

"Yaxşı danışıqlar və məsləhətləşmələr aparıldı. Həm Azərbaycan tərəfi, həm də İran tərəfi regionda baş verən son hadisələrlə bağlı fikirlərini bildirdi", - deyə XİN rəsmisi vurğulayıb.

N.r Kənani diqqətə çatdırıb ki, Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpası ilə bağlı yekdil fikir var: "Aparılan müzakirələr və atılan uğurlu addımlar çərçivəsində səfirlik yaxın vaxtlarda Tehranda fəaliyyətini bərpa edə bilər. Biz İran və Azərbaycan arasında ikitərəfli münasibətlərdə yaxşı abu-havada və tendensiyadayıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!