Kikbokisinq Federasiyasında qalmaqal: 3 idmançı həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Kikbokisinq Federasiyasında qalmaqal: 3 idmançı həbs olundu

Kriminal

07 Yanvar 2025 13:40 636


Bakının Xətai rayonunda xuliqanlıq etməkdə təqsirləndirilən idmançılar Elnur Həmidov, Elçin Hüseynov, Musa Əhmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Yenisabah.az report-a istinadla xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və idmançılar barəsində 3 ay qətimkan tədbiri seçilib.

Bu il yanvarın 4-də saat 3 radələrində Bakının Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb. Pepperoni pizza

Hadisəni törətməkdə şübhəli bilinən Elnur Həmidov, Elçin Hüseynov, Musa Əhmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!