“Kimsə xalqımı, dövlət rəhbərimi təhqir edirsə, onu daha pis təhqir edərəm...” 

saytların hazırlanması

Evə çatdırılma

“Kimsə xalqımı, dövlət rəhbərimi təhqir edirsə, onu daha pis təhqir edərəm...” 

Siyasət

12 Avqust 2021 13:19 36670


Azərbaycanın Belarus, Moldova və Pakistandakı keçmiş səfiri İsfəndiyar Vahabzadə Rusiya və rusları təhqir etməsi iki gündür ki, gündəmdən düşmür. Bu məsələyə ilk təpki verən Vahabzadənin "eşşək" adlandırdığı Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski oldu. Bu gün verilən məlumata görə isə Rusiya Dövlət Duması sədrinin müavini Pyotr Tolstoy rusiyalıları təhqir edən keçmiş azərbaycanlı diplomatın sözlərini pisləyib, nəticələri barədə xəbərdarlıq edib.

Pyotr Tolstoy qeyd edib ki, deputat ya üzr istəməlidir, ya da nəticələrini gözləməli olacaq.

Milli Məclisin üzvü Elman Məmmədov qalmaqallı məsələ ilə bağlı Yenisabah.az-a danışıb. O, bu məsələnin rus xalqını təhqir etməklə heç bir əlaqəsi olmadığını qeyd edib: Dördpendirli pizza

“Hesab edirəm ki, burada məsələ rus xalqını təhqir etməkdən getmir. Əsas problem rus xalqının içərisində təmsil olunan Jirinovski, Zatulin kimilərdir. Bu şəxslər vaxtaşırı Azərbaycan xalqının, dövlət rəhbərlərinin ünvanına təhqiramiz ifadələr işlədirlər. Demək onlar istədikləri hər sözü deyib təhqir edə bilər, amma biz deyəndə qəbahət etmiş oluruq?

Qətiyyən belə deyil. Çünki milliyətindən, vəzifəsindən asılı olmyaraq kim mənim millətimi, xalqımı, dövlət rəhbərimi təhqir edirsə, qarşılıq olaraq onları daha pis təhqir edə bilərəm. Biz hər zaman bu cür mövqedə olmalıyıq. Jirinovski təhqir edə bilər, ağzına gələni danışa bilər, ermənipərəst Zatulin bizə qarşı ittihamlar yağdıra bilər, özümüzü müdafiə üçün onların ünvanına heç bir söz deməyə ixtiyarımız yoxdur?! Təbii ki, var”.

Deputat məsələdən tam xəbərdar olmadığını da vurğulayıb: “Dəqiq məlumatım yoxdur ki, tam olaraq nələr baş verib. Lakin mən Azərbaycan xalqının nümayəndəsi kimi bildirirəm ki, kimliyindən asılı olmayaraq kim mənim dövlətimi təhqir edirsə mən də onu təhqir edirəm. Lap yaxşı edirəm, düz edirəm”.

Elman Məmmədov Rusiya Dövlət Duması sədr müavinin “Rusiyanın xoş niyyəti ilə gənc olan, lakin müstəqil dövlət olmayan milli respublikalar” ifadəsinə də reaksiya verib:

“Azərbaycan müstəqil dövlətdir. Heç kimdən asılacağı yoxdur. Heç kim suverenliyimizə kölgə salıb, təhdid edə bilməz. Mən hesab edirəm ki, bu, Rusiya dövlətinin mövqei deyil, hər hansısa şəxsin mövqeyidir”.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!