Kipr daha 4 rusiyalının pasportunu ləğv edir

saytların hazırlanması

Evə çatdırılma

Kipr daha 4 rusiyalının pasportunu ləğv edir

Dünya

20 Aprel 2022 17:44 380


Kipr Respublikasının Nazirlər Şurası daha 4 Rusiya vətəndaşının və onların ailələrinin Kipr vətəndaşlığından məhrum edilməsi prosesinə başlamaq barədə qərar qəbul edib.

Yenisabah.az “Fileleftheros”a istinadla xəbər verir ki, bunu Kipr hökumətinin sözçünün müavini Niovi Parisinou bildirib.

"Nazirlər Şurası 4 nəfərin Kipr vətəndaşlığından məhrum edilməsi prosesinə başlamaq qərarına gəlib. Qərar onların himayəsində olan şəxslərə də aiddir. Bunlar Avropa Komissiyasının yenilənmiş sanksiyalar siyahısında yer alan dörd yeni şəxsdir. Bugünkü qərarla Kipr vətəndaşlığından çıxarılanların ümumi sayı Aİ sanksiyalarına məruz qalan 1091 nəfərdən səkkizdir". pizza mizza

Kipr vətəndaşlığını itirə biləcək insanların adlarını açıqlamır. Bununla belə, yerli media bir həftə əvvəl Aİ-nin sanksiya siyahılarına daxil edilmiş Mixail Qutseriyev, Aleksandr Ponomarenko, Vadim Moşkoviç, Aleksey Kuzmiçev və onların ailə üzvlərinin Kipr vətəndaşlığını itirə biləcəyi barədə yazıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!