Erməniəsilli rusiyalı müğənni Filipp Kirkorov TNT-nin “İvan Vasileviç hər şeyi dəyişdirir” adlı Yeni il komediyasında Böyük Pyotr obrazını canlandıracaq.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, çəkilişlər zamanı 56 yaşlı sənətçi 18-ci əsrə aid rəngli tarixi geyimləri və parikləri sınayıb.
Qeyd edək ki, Kirkorov üçün bu ilk olmayacaq. Belə ki, kinorejissorlar məşhur müğənninin tarixi şəxsiyyətlə heyrətamiz xarici oxşarlığına çoxdan diqqət yetiriblər. pizza sifarişi
“Uzun illərdir ki, I Pyotrun obrazı və brendi mənimlə bağlıdır, ona görə də mən ənənəvi olaraq bir çox kino və televiziya layihələrində bütün Rusiyanın ilk imperatorunu uğurla oynayıram”, – Kirkorov deyib.
Xatırladaq ki, Yeni il ərəfəsində TNT telekanalında “İvan Vasileviç hər şeyi dəyişir” filminin premyerası olacaq.
Telegram kanalımız