Kobaxidze ABŞ-la əlaqələrə can atır

saytların hazırlanması

Evə çatdırılma

Kobaxidze ABŞ-la əlaqələrə can atır

Dünya

01 Mart 2024 13:46 657


Gürcüstan üçün Çinlə olduğu kimi ABŞ-la münasibətlərin qurulması son dərəcə vacibdir.

Yenisabah.az xəbər verir ki, bunu baş nazir İrakli Kobaxidze bildirib.

O deyib: “Birləşmiş Ştatlar Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq etsəydi, çox yaxşı olardı, xüsusən belə bir qərar miqrasiya siyasətində heç bir dəyişikliyə səbəb olmayacaq”. Dördpendirli pizza

Kobaxidze ABŞ-la birbaşa hava əlaqələrinin açılmasına, azad ticarət sazişinin imzalanmasına, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə, Amerika investisiyalarının cəlb olunmasına ümid etdiyini bildirib:

“Bütün bu sahələrdə bu gün bizimlə ABŞ arasında vəziyyət praktiki olaraq sıfırdır”.

Baş nazirin sözlərinə görə, bir neçə gün əvvəl Tbilisidə Amerika səfiri ilə çox həvəsləndirici görüş keçirib:

"Səfirin müsbət mesajları olub. Əsas odur ki, bütün bunlar Amerika rəhbərliyinin qərarlarına çevrilir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!