“Koçaryan hakimiyyəti zəbt etsə, dərhal Laçın dəhlizində sərhəd qoşunlarını yerləşdirməliyik”

saytların hazırlanması

Evə çatdırılma

“Koçaryan hakimiyyəti zəbt etsə, dərhal Laçın dəhlizində sərhəd qoşunlarını yerləşdirməliyik”

Siyasət

20 İyun 2021 10:03 2025


“Ermənistanda cinayətkar Koçaryan hakimiyyəti ələ keçirsə - onun seçki yolu ilə hakimiyyətə gəlməsi qeyri-mümkündür. Ancaq rusun silahı ilə hakimiyyəti zəbt edə bilər. 2008-ci ildə həmin bu Koçaryan Putinin köməyi ilə Sarkisyanı qırğın salmaqla hakimiyyətə gətirdi. İndi həmin senariyə uyğun Koçaryan özünü hakimiyyətə gətirmək istəyir”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, belə olan təqdirdə Azərbaycan dərhal Laçın dəhlizində Ermənistanla sərhəddə sərhəd qoşunlarını yerləşdirməlidir.

“Çünki Koçaryan Putinin dəstəyi ilə bu dəhlizdən Ermənistan ordusu və müasir silahları Xankəndi və ətrafına daşıtdracaq. Şuşanın sərhəddinin azı yarısı erməni silahlı qüvvələrinin mühasirəsində olacaq. Buna qəti sürətdə yol vermək olmaz. Bu boyda çəkilmiş əziyyətlər, tökülmüş qanlar hədər getmək təhlükəsi altında ola bilər.  Marqarita pizza

İlk növbədə Azərbaycan hakimiyyəti zəbt etmiş Koçaryanı rəsmi tanımamalıdır.

İkincisi, Ermənistana Azərbaycan vətəndaşları olan ermənillərin adından danışmağa qadağa qoymalıdır və heç bir məsələ müzakirə olunmamalıdır. 

Mən düşünmürəm Paşinyan asanlıqla Koçaryana hakimiyyəti zəbt etməyə imkan verəcək. Ancaq hazır olmalıyıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!