İranın keçmiş prezidenti Həsən Ruhani ölkənin seçki qərargahına nümayəndə göndərməklə Ekspertlər Şurası seçkisində namizədliyini qeydiyyatdan keçirib.
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, Həsən Ruhani namizədliyini Tehran seçki dairəsindən qeydə aldırıb.
O hazırda da Ekspertlər Şurasının üzvüdür. Dominos pizza
Bundan əvvəl İranın indiki prezidenti İbrahim Rəisi namizədliyini qeydə aldırıb. O, Cənubi Xorasan dairəsindən namizədliyini irəli sürüb.
Ekspertlər Şurası İranın Ali dini liderini seçən qurumdur. Hazırda üzvləri 8 ildən bir seçilən bu quruma Ayətullah Cənnəti rəhbərlik edir. İ. Rəisi Şuranın sədr müavinidir.
Telegram kanalımız