Kolleclərə ixtisas seçimi bu gün başa çatır

saytların hazırlanması

Evə çatdırılma

Kolleclərə ixtisas seçimi bu gün başa çatır

Sosial

05 Avqust 2024 10:17 441


Bu gün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi başa çatacaq.

Yenisabah.az Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

İxtisas seçimi etmiş abituriyentlərin sayı hazırda aşağıdakı kimidir: Marqarita pizza

Azərbaycan bölməsi - 12927; rus bölməsi - 364; cəmi – 13291 nəfər.

Müsabiqəyə qeyd olunan vaxtadək ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!