Kolumbiyalı narkobaron 216 milyon dolları dövlətə qaytaracaq

Kolumbiyalı narkobaron 216 milyon dolları dövlətə qaytaracaq

Dünya

27 Yanvar 2023 08:57 405


Kolumbiyalı kokain satıcısı, həmçinin "Otoniel" kimi tanınan Dairo Antonio Usuqa ABŞ məhkəməsində narkotik saxlamaqda təqsirini etiraf edib.

Yenisabah BBC xəbər verir ki, "Otoniel" 9 ildən çox Kolumbiyanın ən güclü cinayətkar dəstəsinin lideri olub. O, 2021-ci ilin oktyabrında Kolumbiyada gizləndiyi yerdə həbs və keçən il ABŞ-a ekstradisiya edilib.

51 yaşlı kişi narkotikdən əldə edilən 216 milyon dolları təhvil verməyə razılaşıb.

"Otoniel" narkotik qaçaqmalçılığı və paylanması ittihamı ilə özünü təqsirli bilib.

İndi onu məcburi minimum 20 il və ömürlük həbs cəzası gözləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!