Koreya Rusiyaya  qarşı böyük sanksiya paketi hazırlayır

saytların hazırlanması

Evə çatdırılma

Koreya Rusiyaya qarşı böyük sanksiya paketi hazırlayır

Dünya

26 Dekabr 2023 16:51 531


Cənubi Koreya hökuməti avtomobillər də daxil olmaqla, Rusiya və Belarusa daha 682 növ malın tədarükünü qadağan edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyi məlumat yayıb.

Rəsmi Seul Rusiya və Belarusa ixracı qadağan edilən məhsulların siyahısında bəzi dəyişikliklər edib. Hazırda mal və əmtəələrin sayı 1159-a çatdırılıb. pizza sifarişi

Qadağan olunmuş məhsullar arasında xüsusilə istehlak materialları, eləcə də ağır tikinti texnikası, akkumulyator batareyaları, aviasiya avadanlığının komponentləri və mühərrik həcmi 2000 kub kubmetrdən çox olan minik avtomobilləri daxildir.

Yeni sanksiyalar və məhdudiyyətlər 2024-cü ilin əvvəlindən qüvvəyə minəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!