Korotçenko: “Erməni hərbçilərinin raket zərbələri insanlığa qarşı cinayətdir” - Foto

saytların hazırlanması

Evə çatdırılma

Korotçenko: “Erməni hərbçilərinin raket zərbələri insanlığa qarşı cinayətdir” - Foto

Siyasət

17 İyul 2021 00:41 1238


“İkinci Qarabağ müharibəsi zamanı Mingəçevirə taktiki raketlərlə zərbə endirən erməni ordusu yerli su anbarının bəndini dağıtmaq və Azərbaycanın geniş ərazilərini suyun altında qoymaq istəyirdi”.

Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko özünün “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, erməni hərbçilərinin bu raket zərbələri insanlığa qarşı cinayətdir. “Hədəfdən yayınmaqları isə bir möcüzədir. Bəndi vursaydılar, Avropadakı sel faciəsi kimi olardı, ancaq daha da ağır”, - ekspert əlavə edib. Marqarita pizza

İ.Korotçenko Azərbaycanın hava hücumundan müdafiə sisteminin də çox yaxşı işlədiyini, əksər erməni raketlərini dəf etdiyini vurğulayıb./Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!