Korotçenkodan Paşinyanla bağlı ilginc iddia: Onun fiziki məhvi...

saytların hazırlanması

Evə çatdırılma

Korotçenkodan Paşinyanla bağlı ilginc iddia: Onun fiziki məhvi...

Siyasət

29 Sentyabr 2023 15:52 3495


“Paşinyan siyasi “həyatda qalma” möcüzəsini nümayiş etdirməkdə davam edir”.

Musavat.com “Caucasian Bureau” kanalına istinadən xəbər verir ki, bu sözlərin müəllifi Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, politoloq İqor Korotçenkodur.

““Miatsum” layihəsinin iflası və Qarabağdakı xunta rejiminin tamamilə ləğvi ilə bağlı İrəvanda etirazlara baxmayaraq, Nikol Paşinyan öz kreslosunda qalıb. 2020-ci ildə İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətindən sonra da eyni vəziyyət var idi. Gördüyüm risklər arasında Ermənistan baş nazirinin sui-qəsd nəticəsində fiziki olaraq məhv edilməsi ehtimalı da var. Ermənistandakı müəyyən revanşist qüvvələr buna cəhd edə bilərlər. 1999-cu ilin oktyabrında Ermənistan parlamentində baş vermiş qırğını yada salmaq olar. Amma biz görürük ki, Ermənistanda belə planlar quran bir neçə nəfər artıq həbs olunub”, - deyə Korotçenko bildirib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!