İstanbulun Beylikdüzü bölgəsindəki mənzilində təkbaşına körpəsini dünyaya gətirən əcnəbi qadın çağını evin eyvanından aşağı atıb.
Yenisabah.az xəbər verir ki, körpənin cansız bədəni ətrafına qarğalar toplaşdıqdan sonra yerli sakinlər dəhşətli hadisədən agah olub.
Eyni binada yaşayanlar hamilə olduğu öyrənilən Liviya əsilli 39 yaşlı qadının 2 ay əvvəl anası və ögey atası ilə birlikdə Türkiyəyə gəldiyini bildirib. Dominos pizza
İstanbulda məskunlaşmaq qərarına gələn ailə Beylikdüzündəki yaşayış massivində ev alıb. Hamiləliyini ailəsindən gizlətmiş gənc qadın ölü doğulduğunu iddia etdiyi körpəsini eyvandan binanın terrasına atıb.
İddiaya görə, bir müddət sonra binanın həyətinə qarğa “hücumu” olub. Terrasa atılan körpənin cansız bədəninə doğru qarğa sürüsünün uçduğunu görən sakinlər dərhal komendata və polisə məlumat veriblər.
Hadisə yerinə gələn polis araşdırmaya başlayıb.

Telegram kanalımız