Prezident İlham Əliyevin ötən ilin iyul ayında Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi “Mən hətta Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi anti-Azərbaycan qətnamələrin sayını da yaddan çıxarmışam. Ola bilsin, 10-dan artıq qətnamədən söhbət gedir” fikirləri qurumun ölkəmizə qarşı qərəzli mövqeyini zaman-zaman qəbul etdiyi qətnamələrlə təsdiqləməsinə aydınlıq gətirir.
Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
“Görünən odur ki, Azərbaycanın uğurlarını həzm edə bilməyən, ədalətə və beynəlxalq hüquqa söykənən addımlarını qısqanclıqla qarşılayan bəzi dövlətlər, beynəlxalq təşkilatlar regionda sülhün, təhlükəsizliyin təmin olunmasında deyil, vəziyyətin daha da gərginləşdirilməsində maraqlı olduqlarını Ermənistana dəstək xarakterli əsassız bəyanatlar səsləndirməklə, adi kağız parçasından başqa bir şey olmayan qətnamələr qəbul etməklə nümayiş etdirirlər. Avropa Parlamentinin oktyabrın 5-də ənənəsinə sadiq qalaraq Fransa hökumətinin təhriki ilə Azərbaycan əleyhinə qəbul etdiyi növbəti qətnamə qurumun ədalətsiz, ikili standartlara əsaslanan siyasətinin bir daha təqdimatı oldu”, - deyə V.Rəhimzadə qeyd edib. Sezar pizza
O vurğulayıb ki, Avropa Parlamentinin üzvləri həmin qətnamədə Avropa İttifaqı ölkələrini Qarabağdakı hadisələrə görə Azərbaycana qarşı sanksiyaların tətbiqinə, habelə əməkdaşlığın inkişafını dayandırmağa, Azərbaycan qazının idxalından asılılığın azaldılmasına çağırışlar edərkən görünür Azərbaycanın bu gün regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı, arzuolunan və etibarlı tərəfdaş olduğunu, hər zaman ədalət meyarına və beynəlxalq hüquqa əməl olunması tələbi ilə çıxış edən, ikili standartların ədalətsizliyə yol açdığını ən yüksək tribunalardan uca səslə bəyan edən ölkə olduğunu unudublar.
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Avropa Parlamenti kimi məqsədi, məramı sülhə mane olmaq olan beynəlxalq qurumlar unudurlar ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəsi ilə ölkəmizə qarşı 30 il davam edən bütün qərəzli yanaşmalara son qoydu,
Vüqar Rəhimzadə vurğulayıb ki, Avropa məkanında, xüsusilə Avropa Parlamentində yuva quran anti-Azərbaycan qruplaşması əsassız çağırışları ilə Azərbaycanın imicinə zərbə vurmağa, ölkəmizi beynəlxalq arenada gözdən salmağa çalışır. Bütün bu səylər, cəhdlər əbəsdir. Avropa Parlamenti yadda saxlamalıdır ki, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, heç bir kənar qüvvə şantaj, böhtan yolu ilə Azərbaycanın müstəqil, milli maraqlar üzərində formalaşmış siyasətinə təsir edə bilməz.
Telegram kanalımız