Kreml İrəvanın KTMT-ni boykot etməsinə təəssüflənir

saytların hazırlanması

Evə çatdırılma

Kreml İrəvanın KTMT-ni boykot etməsinə təəssüflənir

Dünya

22 Noyabr 2023 14:53 642


Rusiya tərəfi Ermənistanın KTMT çərçivəsində fəaliyyətini davam etdirəcəyini gözləyir və noyabrın 23-də Minskdə keçiriləcək sammitdə Ermənistan tərəfinin yüksək səviyyədə təmsil olunmayacağına təəssüflənir.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O bildirib: “Təəssüf hissi ilə demək olar ki, sabahkı sammitdə Ermənistanın yüksək səviyyədə iştirakı olmayacaq. Ümid edirik ki, işçi, ekspert səviyyəsində iştirak olacaq. Amma təbii ki, Ermənistanın təşkilat çərçivəsində fəaliyyətini davam etdirəcəyini gözləyirik”. Pepperoni pizza

Xatırladaq ki, son vaxtlar Ermənistanın Baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan və Milli Məclisin spikeri Alen Simonyan KTMT səviyyəsində keçirilən tədbirlərdə iştirakdan imtina ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!