Moskva Ermənistanın həm bu təşkilat çərçivəsində, həm də ikitərəfli əsasda KTMT-də gələcək iştirakı məsələsində İrəvanla dialoqa hazırdır.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Martın 12-də Ermənistanın baş naziri deyib ki, KTMT-nin Ermənistandakı məsuliyyət zonası ilə bağlı qənaətbəxş cavablar almasa, ölkəsi KTMT-dən çıxacaq. Dominos pizza
Kreml nümayəndəsi bununla bağlı deyib: “Əlbəttə, bu bəyanatları eşitdik, açıq-aydın görünür ki, qarşıda çox iş var, həm KTMT çərçivəsində, həm də ikitərəfli səviyyədə. Hörmətli baş nazirin verdiyi açıqlamalar istiqamətində dəqiqləşdirəcək və danışacağıq”, - deyə Peskov vurğulayıb.
Moskvanın KTMT-nin fövqəladə sammitinin çağırılmasını zəruri hesab edib-etməməsi ilə bağlı suala Peskov belə cavab verib: “Bunu KTMT-dən soruşmaq lazımdır, biz KTMT adından danışa bilmərik”.
Telegram kanalımız