Kremlin strateqi Paşinyanı hədələdi: “Bu axmaq cavabını alacaq!”

saytların hazırlanması

Evə çatdırılma

Kremlin strateqi Paşinyanı hədələdi: “Bu axmaq cavabını alacaq!”

Siyasət

15 Sentyabr 2023 13:29 1126


“Hazırda Paşinyan üçün əsas odur ki, Rusiyanı tənqid etsin və uzun müddət, eləcə də həvəslə İrəvanı tərk edən Rusiyadır deyə yalan danışsın. Yaxşı, o, bunun əvəzini alacaq. Təbii ki, onun Zelenski qədər dünyadan dəstəyi olmayacaq, amma bütün bunlar Paşinyana Ermənistandan uzaqda, təvazökar həyat üçün kifayət edəcək. O, bu istiqamətdə işləyir”. 

Yenisabah.az xəbər verir ki, bu barədə rusiyalı politoloq, “Yaxın Şərq İnstitutu” elmi mərkəzinin prezidenti Yevgeni Satanovski özünün “Telegram” kanalında yazıb: 

“Rəcəb Tayyib Ərdoğan Nikol Paşinyana “Dağlıq Qarabağ”da “seçki” keçirildiyinə görə sərt şəkildə irad tutub. Əgər Ermənistanın Baş naziri israrla gördüyü hər şeyi etməyə davam edərsə, o, regional güc balansında Ermənistanın tutacağı yeri tam müəyyən edəcək. Maraqlıdır, o, NATO-ya üzv olmaq istəyirmi? Yoxsa onun təbirincə desək, “İrəvanın Moskvadan asılılığını zəiflətmək niyyətindədirmi?”  pizza hut

“O, KTMT-dən razı deyil? Yoxsa Bakı ilə birbaşa danışıqlar sırf amerikalıların və avropalıların, əsasən də fransızların, almanların, italyanların himayəsi altında aparılmalıdırmı? Ona hazırda nə Qarabağda, nə də Gümrü bazasında rus sülhməramlıları lazım deyil. Görəsən, bu axmağın heç olmasa Ermənistana ehtiyacı varmı? Baş verənlər onun dövlət başçısı olmadığı təəssüratını yaradır, bu halda isə sual yaranır: o, axmaqdır, ya özünü axmaqlığa qoyub? Yoxsa o, bunları nə üçün etdiyini və bunun şəxsən ona nə gətirəcəyini çox yaxşı bilir? Nə zamansa Paşinyan ermənilər tərəfindən bu bədbəxt ölkənin yenidən Baş naziri seçilsə bəs? Qoy, olsun, Ermənistanın taleyi tamamilə özlərinin əlindədir”, - əlavə edib. 

Politoloqun fikrincə, Paşinyan Moldovada Sandudan, Gürcüstanda Saakaşvilidən, Ukraynada isə Poroşenko və Zelenskidən fərqli davranmayıb: 

“Putin prinsipcə heç kimi heç yerdə devirmir. Paşinyan niyə ondan qorxsun? Əgər Paşinyan bu gün Sünik bölgəsini itirsə, onun təbliğatçıları əhaliyə bunun axmaqlıq deyil, əksinə, Amerika və Avropa İttifaqının himayəsi altında Azərbaycan və Türkiyə ilə sülhü, firavanlığı və dostluğu əbədi təmin edəcək strateji müdriklik, siyasi manevr olduğunu deyəcəklər. 

Rusiya və İrana gəlincə, Paşinyan öz tərəfdarlarına deyəcək ki, onların Ermənistandakı maraqları sırf eqoistlik idi və İrəvan artıq Moskva və Tehranın dostu deyil, dost yalnız NATO-dur. Paşinyan Qarabağa və orada yaşayan ermənilərə də əhəmiyyət vermir”. 

Rafi MÜSLÜMOV 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!