“Krım platforması” Rusiyanı qıcıqlandırıb   - Kremlin minimum və maksimum hədəfi

saytların hazırlanması

Evə çatdırılma

“Krım platforması” Rusiyanı qıcıqlandırıb - Kremlin minimum və maksimum hədəfi

Siyasət

11 Aprel 2021 17:16 937


"Ukrayna prezidenti Vladimir Zelenskinin təşəbbüsü ilə avqustun 23-də Kiyevdə “Krım platforması” adlı beynəlxalq konfrans keçiriləcək. Aydındır ki, bir konfransla Krım problemini həll etmək mümkün deyil. Ancaq Kiyev istəmir ki, beynəlxalq aləm Krımı unutsun və konfrans vasitəsilə diqqəti yarımadaya cəlb etməyə çalışır".

Yenisabah.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

"Vladimir Zelenski Türkiyəyə səfəri zamanı Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanı da adı çəkilən konfransa dəvət etdi. Ərdoğan dəvəti qəbul etdi. O da aydındır ki, “Krım platforması” Kremlin qıcığına səbəb olub. Kremlin mimimum və maksimum hədəfi var. Minimum hədəfi budur ki, böyük dövlətlər Krımı unutsunlar. Maksimum hədəfi isə budur ki, yaxşı halda Rusiyaya tərəfdaş ölkələrdən bir neçəsi Krımı Rusiyanın ərazisi kimi tanısın. Kiyevin məqsədi isə Kremlin mimimum və maksimum hədəflərinə çatmağa mane olmaqdır. Krımı beynəlxalq hüquq normalarına uyğun Ukrayna ərazisi tanıyan, ancaq Kremlı qıcıqlandırmamaq üçün Kiyevdəki tədbirə qatılmayanlar da olacaq", - deyə politoloq əlavə edib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!