Krımda qasırğa - Ölən və yaralananlar var 

Krımda qasırğa - Ölən və yaralananlar var 

Dünya Veb saytların hazırlanması

27 Noyabr 2023 14:32 554


Ukraynanın Rusiya tərəfindən ilhaq olunmuş Krım ərazisində qasırğa nəticəsində 1 nəfər həyatını itirib, 10 nəfər isə yaralanıb. 

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Nazirlik əlavə edib ki, yarımadadan 350 nəfər təxliyə edilib. Bundan əvvəl Krımda fırtına səbəbindən yarım milyon insanın işıqsız qaldığı məlum olub. 1 nəfərin də itkin düşdüyü bildirilir. Bundan əlavə, Sevastopol Muzey-Akvariumunda 500-dən 800-ə qədər dəniz heyvanı ölüb. 

Qasırğa Soçi və Qara dənizin sahilində yerləşən digər şəhərlərdə də fəsadlar yaradıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!