Kriminal avtoriteti öldürən şəxsin məhkəməsi başladı -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Kriminal avtoriteti öldürən şəxsin məhkəməsi başladı - FOTO

Kriminal

06 Yanvar 2025 11:18 645


Mərdəkanda kriminal avtoritet kimi tanınan "Amin Mərdəkanski"ni tüfənglə qətlə yetirməkdə təqsirləndirilən Ruhulla Abdullazadənin cinayət işi üzrə məhkəmə başlayıb.

Yenisabah.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Ruhulla Abdullazadə hadisəni törədən zaman Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı olub, ali təhsillidir. Toyuqlu pizza

Sonra məhkəmə baxışının təyin edilməsi ilə bağlı qərar qəbul olunub və ilkin baxış iclası yanvar ayının 13-nə təyin edilib. 

Qeyd edək ki, hadisə ötən ilin  avqust ayının 7-də saat 20:00 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabbar oğulunun qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadənin Xəzər rayonu Mərdəkan çimərliyi ərazisində şəxsi münasibətlər zəminində Amin Xudaverdiyevi ov silahından atəş açaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ruhulla Abdullazadənin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib./Unikal.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!