KTMT-dən Ermənistana Zəngəzur cavabı: Müdaxilə edə bilmərik

saytların hazırlanması

Evə çatdırılma

KTMT-dən Ermənistana Zəngəzur cavabı: Müdaxilə edə bilmərik

Siyasət

03 İyul 2021 12:43 4551


Ermənistanın "KTMT planı” baş tutmayıb. Təşkilat rəsmi İrəvanın tələbini rədd edib.

Rəsmi İrəvan Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyasi və demarkaziyası prosesində yaranmış gərginlikdən istifadə edərək yenidən Cənubi Qafqazı müharibə ocağına çevirmək istəyir. 

“Yeni Sabah” xəbər verir ki, erməni ictimai-siyasi mühitində sərhədlərin yenidən müəyyənləşməsi təcavüz kimi qiymətləndirilir və KTMT-nin prosesə müdaxiləsi tələb olunur. Lakin təşkilat ermənilərin bu tələbini geri çevirib. Dördpendirli pizza

KTMT-nin Baş katibi Stanislav Zas bəyan edib ki, Ermənistanın cənubunda yaranmış gərginlik sadəcə "sərhəd insidenti”dir və təşkilatın prosesə müdaxiləsi mümkün deyil. Çünki bu addım KTMT-nin nizamnaməsinə ziddir. 

"Anlamaq lazımdır ki, KTMT-nin potensialından yalnız təcavüz, hücum halında istifadə olunur. Ermənistanın cənubunda baş verənlər isə "sərhəd insidenti”dir. Sevindirici haldır ki, itki, atışma yoxdur. Bu bir "sərhəd insidenti”dir, təbii ki, həll olunmalıdır və biz problemin sülh yolu ilə həllinin tərəfdarıyıq”, - deyə KTMT-nin Baş katibi vurğlayıb. 

Onun sözlərinə görə, baş verənləri münaqişənin böyüməsi kimi qiymətləndirmək doğru deyil. "İndi münaqişənin böyüdüyü müşahidə olunmur. Qarşıda konkret sərhəd məsələsi var. Bu mübahisəli məsələnin həlli bağlı çox iş görmək lazımdır. Lakin problemi danışıqlar masasında həll etmək lazımdır”, - deyə Stanislav Zas əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!