Kuba prezidenti Migel Diaz-Kanel rəsmi səfərlə Tehrana gedib.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, paytaxtın şimalındakı Səadabad Sarayında İran prezidenti İbrahim Rəisi ilə Diaz-Kanel arasında görüş başlayıb.
Kuba prezidenti Tehranda təkbətək danışıqlar aparmağı, iki tərəfin nümayəndə heyətlərinin birgə iclaslarında iştirak etməyi, bir sıra əməkdaşlıq sazişləri imzalamağı və birgə mətbuat brifinqində iştirak etməyi planlaşdırır. Dominos pizza
Bu, Fidel Kastronun 2001-ci ildə ölkəyə səfərindən sonra Kuba liderinin İrana ilk səfəridir.
Təxminən 6 ay əvvəl prezident Raisi Latın Amerikası regionuna səfəri zamanı Kubada olub.
Telegram kanalımız