Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Rusiyanı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından (ATƏT) xaric etməyə çağırıb.
Yenisabah.az xəbər verir ki, bu barədə o, "Twitter" səhifəsində yazıb.
“Rusiyanın əsassız təcavüzü və vəhşiliyi Helsinki Yekun Aktının əsaslarını məhv etdi. Rusiyanın ATƏT-ə üzv olması Avropada təhlükəsizlik və əməkdaşlığa təhlükə yaradır. Əgər ATƏT-də ölkələrin üzvlüyünü dayandırmaq üçün müvafiq mexanizmlər yoxdursa, o zaman prosedur yaratmaq və Rusiya Federasiyasını çıxarmaq lazımdır”, - deyə Kuleba qeyd edib. Marqarita pizza
Xatırladaq ki, bir gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin ATƏT-in Minsk Qrupunun həmsədrləri üçlüyünü ləğv etdiyini bildirmişdi.
Telegram kanalımız