Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı

saytların hazırlanması

Evə çatdırılma

Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı

Kriminal

02 Dekabr 2024 11:06 705


Külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Noyabrın 27-də saat 17:30-da Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 79 kiloqram 450 qram narkotik vasitə (78 kq 400 qram marixuana, 1 kq 50 qram tiryək), 1000 ədəd narkotik tərkibli metadon M-40 və 30 ədəd Tamol-X 225 mg-Tramadol həbləri aşkar olunaraq götürülüb. pizza sifarişi

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!