Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanıldı

Kriminal

28 Noyabr 2024 16:24 888


Bakı şəhərinin müxtəlif ərazilərində silsilə dələduzluq cinayətləri qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edən şəxs onlayn yolla sifariş verdiyi qida və digər məhsulları ünvana çatdıran kuryerlərin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirib.

Bu yolla o, 10-dan çox şəxsə külli miqdarda maddi ziyan vurub. Toyuqlu pizza

Cinayət əməllərini törədən 1991-ci il təvəllüdlü Elçin Məmmədov saxlanılıb. Onun üzərindən şəxsi istifadə üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!