Laçında itkin düşən Firdovsi Abdullayevin meyitinin qalıqları ailəsinə təhvil verildi

saytların hazırlanması

Evə çatdırılma

Laçında itkin düşən Firdovsi Abdullayevin meyitinin qalıqları ailəsinə təhvil verildi

Sosial

07 Avqust 2024 23:44 527


2022-ci ilin martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən Azərbaycan Ordusunun əsgəri 2003-cü il təvəllüdlü Firdovsi Mais oğlu Abdullayevin meyitinin qalıqları Gəncə şəhərində ailəsinə təhvil verilib.

APA-nın məlumatına görə, onun qalıqları Məhsəti qəsəbəsində yaşadığı evə gətirilib. Firdovsi Abdullayevin meyitinin qalıqlarının ailəsinə təhvil verilməsi mərasimində Goranboy Rayon İcra Hakimiyyətinin birinci müavini Seymur Nazarov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Hikmət Orucov, hüquq mühafizə orqanlarının rəhbər işçiləri, hərbçilər və qazilər iştirak ediblər.

Sabah yaşadığı evdə vida mərasimi keçiriləcək. Onun meyitinin qalıqları sabah Gəncənin şəhidlər xiyabanında dəfn ediləcək. pizza

Qeyd edək ki 2003-cü il təvəllüdlü Firdovsi Mais oğlu Abdullayev Goranboy rayonun Qaradağlı kəndində anadan olub. Hazırda ailəsi Gəncə şəhərində yaşayır.

Xatırladaq ki, 3 mart 2022-ci ildə Azərbaycan Ordusunun əsgərləri Fərid Əjdər oğlu Məmmədov və Firdovsi Mais oğlu Abdullayev Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüb, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən ölüblər. Onların meyit qalıqları 3 iyul 2024-cü ildə Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində aşkarlanaraq götürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!